Türkiyədə professor Dr.Ramazan Kurtoğlu bütün dünyanı qorxuya salan ölümcül koronavirusla bağlı şok iddialar irəli sürüb.
Yeniavaz.com xəbər verir ki, professor bu barədə “CNN Türk” telekanalında danışıb.
Belə ki, verilişdə qonaq olan Ramazan Kurtoğlu koronavirusun insanları təşvişə salmaq üçün ABŞ-ın qlobal oyunu olduğunu və bunu “World of Warcraft” adlı oyuna bənzətdiyini deyib:
“Dünyada yeni quruluş yaradılır. Bu bir oyundur. ABŞ-da iki universitetdə bu oyun üzərində illər öncə araşdırma başlayıb. Bu oyunda hansısa ölkəyə virus yayırlar. Bununla bağlı əlimdə sənədlər, hesabatlar var. Həmin oyunda edilən bütün tədbirlərə baxmayaraq virusun yayılmasının qarşısını almaqda çətinlik çəkirlər. Buna görə də oyunu sıfırlayıb, yenidən başladırlar. Bununla da insanlara çox böyük qorxu yaşadırlar”.
R.Kurtoğlu onu da qeyd edib ki, immunitet güclü olan insanlar bu xəstəliyin öhdəsindən rahatlıqla gələ bilir. İlahə Hüseynova