Daha bir Avropa ölkəsində koronavirus ortaya çıxdı


Türkiyənin daha bir sərhəd ölkəsində koronavirus aşkarlandı.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Yunanıstanda ilk dəfə koronavirus aşkarlanıb.  Beləcə "Covid-19" adı verilən virusun yayıldığı ölkələrin sayı 41-ə yüksəlib.
İranda isə koronavirus səbəbilə ölənlərin sayı 19-a çatıb. 323 nəfərin yoluxduğu İtalyida isə həmin virusa görə, 12 nəfər dünyasını dəyişib. Yeri gəlmişkən qeyd edək ki, koronavirus bugünə qədər Antraktida xaricində bütün qitələrdə özünü göstərib. Məlum virusdan ölənlərin sayı isə ümumilikdə 2 min 765-ə çatıb.
Ruslan Yusibov
 

DİGƏR XƏBƏRLƏR

Top