9-cu siniflər üçün mart ayında keçiriləcək imtahanın strukturu açıqlandı


Mart ayının birinci bazar günündən sonuna qədər 9-cu siniflər üçün keçiriləcək imtahanın strukturu müəyyənləşib.

Yeniavaz.com xəbər verir ki, ümumi orta təhsil səviyyəsində buraxılış imtahanı tədris Azərbaycan dilində olan təhsil müəssisələrinin şagirdləri üçün: Azərbaycan dili, riyaziyyat və xarici dil (ingilis, alman, fransız, rus, ərəb və fars) fənlərindən, tədris rus dilində olan təhsil müəssisələrinin şagirdləri üçün: Rus dili, riyaziyyat və xarici dil (ingilis, alman, fransız, ərəb və fars) fənlərindən, tədris gürcü dilində olan təhsil müəssisələrinin şagirdləri üçün: Gürcü dili, riyaziyyat və xarici dil (ingilis, alman, fransız, ərəb və fars) fənlərindən, Azərbaycan, rus və gürcü dilləri istisna olmaqla tədris digər dillərdə aparılan təhsil müəssisələrinin şagirdləri üçün riyaziyyat və xarici dil fənlərindən DİM tərəfindən, mərkəzləşmiş qaydada iki mərhələdə həyata keçirilir.
Buraxılış imtahanının nəticələri hər fənn üzrə 100 ballıq qiymət şkalası ilə (ümumilikdə 300 bal) dəyərləndirilir. Buraxılış imtahanının birinci mərhələsində şagirdlər maksimum 90 bal (hər fənn üzrə 30 bal), ikinci mərhələdə isə 210 bal (hər fənn üzrə 70 bal) toplaya bilərlər.
Birinci mərhələdə şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə onlara ümumilikdə 45 tapşırıq, ikinci mərhələdə isə 90 qapalı test tapşırığı təqdim edilir.
Buraxılış imtahanının birinci mərhələsində imtahan müddəti 3 saat, ikinci mərhələdə isə 2 saat 15 dəqiqədir.
            Tədris dili Azərbaycan dilində n fərqli olan şagirdlər qeyd edilən fənlərdən əlavə, Azərbaycan dili (dövlət dili) fənnindən də imtahan verirlər.
            Buraxılış imtahanının birinci mərhələsində şagirdlərə tədris dilindən oxuyub-anlamaya dair 2 mətn (bədii, publilistik)-hər mətnə 10 tapşırıq (bunlardan 5-i cavabı yazı ilə tələb olunan açıqtiplidir) olmaqla cəmi 20 tapşırıq; Riyaziyyatdan 10 açıq tapşırıq (həllin yazılması tələb olunan), xarici dildən isə dinləmə mətni (publisistik və ya dialoq) və oxuyub-anlama mətninə aid ümumilikdə 15 tapşırıq təqdim edilir. Xarici dil fənnində dinləmə mətni 6 tapşırıqdan (2-si yazı tələb olunan açıqtipli), oxuyub-anlama mətni isə 9 tapşırıqdan (4-ü yazı tələb olunan açıqtipli) ibarətdir.
            Buraxılış imtahanının ikinci mərhələsində isə şagirdlərə hər fəndən 30 qapalı test tapşırığı olmaqla, ümumilikdə 90 test tapşırığı təqdim edilir.
 

DİGƏR XƏBƏRLƏR

Top