İrandan Azərbaycana gələn vətəndaşları hər gün sahə həkimi yoxlayır


Azərbaycandan İrana səfər etmiş vətəndaşlarımız geri qayıdarkən sərhəddə ilkin tibbi yoxlanışdan sonra hər hansı xəstəlik əlamətləri müşahidə edilmirsə evlərinə buraxılır.

Yeniavaz.com BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə bu günlərdə Azərbaycana geri qayıtmış yerli vətəndaşlarımızdan biri məlumat verib.

Onun sözlərinə görə, koronavirus yayıldıqdan sonra İranda Azərbaycan ərazisinə buraxılan vətəndaşlar 14 gün müddətində həkim nəzarətində olurlar. Onlara nəzarəti isə hər gün yerli sahə həkimləri edirlər.

Əgər vətyəndaşların səhhətində hər hansı təhlükəli məqam aşkar olunarsa, mərkəzə bu barədə məlumat verir və həmin şəxs karantinə alınır.

Qeyd edək ki, İran İslam Respublikasının xəstəlik qeydə alınan ərazilərində olan 23 nəfər müayinə məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin müayinə zamanı 2 nəfərin hərarəti normadan bir qədər yüksək olub. Səhhətlərində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri karantin müddəti bitənə qədər davam edəcək.

DİGƏR XƏBƏRLƏR

Top