Baş Prokurorluqda yeni kadr təyinatı olub


Prokurorluq orqanlarında daha bir təyinat olub.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin rəisi Anar Nəsibov tutduğu vəzifədən azad edilərək Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəis müavini təyin edilib.  
Bu barədə Baş Prokurorluğun veb saytının müvafiq bölməsində məlumatlar yenilənib.
Baş Prokurorluğun Mətbuat xidmətindən faktı təsdiqləyiblər.
Qeyd edək ki, Baş prokurorun köməkçisi Zaur Axundzadə Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

DİGƏR XƏBƏRLƏR

Top