Türkiyəyə ərə gedən azərbaycanlı qadınlar - Son 5 ilin RƏQƏMLƏRİ


Türkiyəyə ərə gedən azərbaycanlı qadınların sayı azalıb.
Yeniavaz.com
-un Türkiyə Statistika İdarəsinin açıqladığı məlumata istinadən apardığı hesablama göstərir ki, ötən bir il ərzində Türkiyə vətəndaşı ilə ailə quran azərbaycanlı qadınların sayı 14% və ya 442 nəfər azalaraq 2 722 nəfərə düşüb.
Türkiyə vətəndaşları ilə ailə quran əcnəbi qadınlar arasında azərbaycanlı qadınlar 2-ci sırada qərarlaşıb. İlk sırada Suriya vətəndaşı olan qadınlar yer alıb. 2019-cu il ərzində Suriya vətəndaşı olan 3 380 qadın Türkiyə vətəndaşı olan şəxslərlə ailə qurub. Növbəti yerlərdə 2 433 nəfərlə Almaniya, 1 813 nəfərlə Mərakeş,  1 550 nəfərlə Özbəkistan, 1 259 nəfərlə Rusiya, 1 197 nəfərlə Ukrayna, 815 nəfərlə Qırğızıstan vətəndaşları gəlir.
Ötən il Türkiyə vətəndaşı olan qadınlarla evlənən azərbaycanlı kişilərin sayı isə cüzi artıb. Son bir il ərzində Türkiyə vətəndaşı ilə ailə quran azərbaycanlı kişilərin sayı 1,7% və ya 2 nəfər artaraq 121 nəfərə çatıb. Azərbaycanlılar bu göstəriciyə görə 5-ci sırada qərarlaşıblar. Türkiyə vətəndaşı olan qadınlarla  ən çox Almaniya, Suriya, Avstraliya və Əfqanıstan vətəndaşı olan kişilər evlənib. İl ərzində Türkiyə vətəndaşı olan 1 418 qadın Almaniya, 752 qadın Suriya, 313 qadın Avstraliya, 144 qadın Əfqanıstan vətəndaşı olan kişilərlə evləniblər.
Son ildə Türkiyəyə ərə gedən Azərbaycan vətəndaşı olan qadınların və Türkiyə vətəndaşı ilə evlənən Azərbaycan vətəndaşı olan kişilərin sayı belə olub:
İllər Türkiyəyə ərə gedən Azərbaycan vətəndaşı olan qadınların sayı, (nəfər) Türkiyə vətəndaşı ilə evlənən Azərbaycan vətəndaşı olan kişilərin sayı, (nəfər)
2019 2 722 121
2018 3 164 119
2017 2 790 118
2016 2 170 115
2015 1 653 85
 
A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top