Qardaş ölkədə zəlzələ: Dörd nəfər özünü eyvandan atdı


Türkiyənin Malatya şəhərində 4,9 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Kale rayonunda, yerin 14 kilometr dərinliyində qeydə alınıb. Zəlzələnin Elazığ vilayətində də hiss edildiyi bildirilib. Bundan qorxuya düşən insanlar gecəni küçələrdə keçirib.
Zəlzələ baş verən zaman dörd nəfər özünü eyvandan atıb.  Onlar və ürək narahatlığı keçirən daha iki nəfər xəstəxanaya çatdırılıb.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top