Şimal bölgəsinə 30 sm-dək qar yağıb


Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal bölgəsində hava şəraiti dəyişib.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, yanvarın 25-i axşam saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb.

Qarın hündürlüyü Qubanın Xınalıq kəndində 30, Qırızdəhnədə 15, Xaltanda 12, Qubanın mərkəzində isə 7 santimetrdir. 

Qusarın Ləzə kəndində 25, Xızının Altıağac qəsəbəsində isə 8 santimetr qar qeydə alınıb.

Ən aşağı temperatur Qubanın Xınalıq və Qusarın Ləzə kəndlərində olub. Bu ərazilərdə temperatur mənfi 15 dərəcəyədək düşüb.

DİGƏR XƏBƏRLƏR

Top