Azərbaycan Prezidenti İlham Əliyev Xocalı abidəsini ziyarət edib


Azərbaycan Prezidenti İlham Əliyev Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış Xocalı abidəsini ziyarət edib.
Yeniavaz.com
xəbər verir ki, abidənin ətrafında fəxri qarovul dəstəsi və tər çiçəklər düzülüb.
Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsini ehtiramla yad edib.
Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkətlərin rəhbərləri, diplomatik korpusun nümayəndələri, dini konfessiyaların başçıları, habelə soyqırımından xilas ola bilmiş Xocalı sakinləri də abidənin önünə güllər düzüblər.

DİGƏR XƏBƏRLƏR

Top