MSK sədri: “Seçkilərə kölgə salacaq hər hansı bir hadisə baş verməyib”


“Seçki məntəqələrinin 96 %-də səsvermənin gedişinə kölgə sala biləcək hansısa pozuntu baş verməyib”.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib. 

MSK sədri bildirib ki, bu, yüksək göstəricidir: “Bu nəticənin əldə edilməsi üçün MSK-nın maarifləndirmə işlərinin də böyük təsirləri olub. 

Müxtəlif dövlət qurumlarının nümayəndələri də öz vəzifələrinin öhdəsindən gəlməyi bacarıb. Seçkilərdə rekord sayda namizəd qeydə alınmışdı”.
MSK sədri bildirib ki, bu seçkilərdə sosial şəbəkə fenomeni xüsusi rol oynayıb: “Seçkilərlə bağlı arşdırma işləri çox şəffaf şəkildə keçirilib. Bu müddət ərzində bütün proseslər ictimaiyyətə çatdırılıb. Bütün məlumatlar MSK-nın saytında da vaxtında yerləşdirilib. Ümumilikdə deyə bilərik ki, seçki prosesi çox yüksək səviyyədə keçirilib. Səsvermənin yekunları hərtərəfli araşdırılıb. Bu gün Mərkəzi Seçki Komissiyasında baxılmamış, araşdırılmamış məsələ qalmayıb”.
 

M. Pənahovun sözlərinə görə, siyasi partiyaların seçki prosesində müstəqil fəaliyyəti müşahidə olunub. 

MSK sədri bildirib ki, tarixi canlanmanı yaşayırıq: “Seçkilərlə bağlı Azərbaycan ictimaiyyətinin bütün üzvləri arasında canlanma müşahidə edildi. Nəhayət Azərbaycanda bütün tərəflər proseslərdə aktiv iştirak etməyə başlayır. Bu sevindirici haldır. Ölkə vətəndaşlarının faəliyyəti üçün bütün şərait yaradılıb. Bu gün bəzi insanlar da öz narazılığını bildirir. Bu normal haldır. Narazılıqların haqlı olanları MSK və müxtəlif qurumlar tərəfindən təmin edildi”.

DİGƏR XƏBƏRLƏR

Top