MSK parlament seçkilərinə YEKUN VURDU

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 9 fevral parlament seçkilərinə yekun vurulub. İclasda 2020- cilin fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərin ümumi yekunlarına dair protokol MSK tərəfindən təsdiq edilib.

Yeniavaz.com xəbər verir ki, iclasda seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi üçün DSK protokolları və onlara əlavə edilən sənədlərin Konstitusiya Məhkəməsinə təqdim olunması məsələsinə qərar verilib. 

MSK sədri Məzahir Pənahov bildirib ki, Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına 216 şikayət daxil olub. Onun sözlərinə görə, şikayətlərdən 17-si əsassız olduğundan təmin edilməyib. Qurum rəhbəri bütün şikayətlərə ətraflı baxıldığını bildirib. (qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top