MSK Erkin Qədirlinin müraciətini təmin etməyib


Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 16 saylı Yasamal İkinci Seçki dairəsindən lider namizəd Erkin Qədirlinin və onun səlahiyyətli nümayəndəsinin müraciətinə baxılıb.
Yeniavaz.com apa-ya istinadla xəbər verir ki, bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib.
A. Muxtarova bildirib ki, E. Qədirli müraciətində 1, 4, 11, 13, 21, 27, 28, 29 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin seçicilərin iradəsini əks etdirmədiyini bildirib: “Buna görə də o, həmin 8 məntəqədə səsvermənin nəticələrinin ləğv edilməsini istəyir. Qeyd edilən məsələlərlə bağlı aparılan araşdırma nəticəsində isə müraciətdə qeyd edilən hallar təsdiqini tapmayıb. Buna görə də təklif edirəm ki, E. Qədirlinin müraciəti təmin edilməsin”.
MSK müraciəti müzakirəyə çıxarıb və E. Qədirlinin müraciətinin təmin edilməməsi ilə bağlı qərar qəbul edilib.

DİGƏR XƏBƏRLƏR

Top