Türkiyə Prezidenti: “Naxçıvan və Türkiyə arasında dəmir yolunun çəkilməsi önəmlidir”


“Biz Azərbaycanın uğurları ilə iftixar edirik”.
Yeniavaz.com xəbər verir ki, bunu bu gün  Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasından sonra keçirilən mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə Prezidenti bildirib ki, 20 il əvvəlki Azərbaycanla bu günkü Azərbaycanın arasında böyük fərq var: “Bu gün tamamilə başqa bir Azərbaycan göz önündədir. Bu gün inkişaf edən bir Azərbaycan var. Enerjidən kənar sahələrinin 3 faiz böyüməsi, bu sahədə ixracın 14 faiz artması təsadüfi deyil. Azərbaycanın bu sahədə inkişafı davam etdirəcəyinə inanıram”. (apa)
 

DİGƏR XƏBƏRLƏR

Top