İranın səhiyyə nazirinin müavini İraç Hərərçi koronavirusa yoluxduğunu açıqlayıb.
Yeniavaz.com TASS xəbər agentliyinə istinadla xəbər verir ki, İraç Hərərçi onda koronavirus aşkarlandığını bildirib: "Hamıya məlumat vermək istəyirəm ki, məndə koronavirus aşkarlanıb. İki gündür hərarətim yüksək idi. İlkin yoxlama zamanı testin nəticəsi müsbət çıxıb".
BREAKING: Iran's deputy health minister tests positive for coronavirus; he had previously looked unwell during a press conference pic.twitter.com/at0DHN0m3a
— BNO Newsroom (@BNODesk) February 25, 2020