Azərbaycan neft-qaz axtarmaq üçün 126 milyon pul xərcləyib


2019-cu ildə ölkədə yerinə yetirilən geoloji-kəşfiyyat işlərinə 130,1 milyon manat və ya 2018-ci illə müqayisədə 3,6 dəfə çox vəsait sərf olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, artım neft-qaz ehtiyatlarının kəşfiyyatına yönəldilən vəsaitin 4,3 dəfə çoxalması hesabına baş verib.
Aparılan geoloji-kəşfiyyat işlərinin 96,9%-i neft-qaz ehtiyatlarının kəşfiyyatına yönəldilib və bu işlərə 126,1 milyon manat xərclənib.
2018-ci illə müqayisədə ötən il hidrogeoloji işlərə 9,7%, qeyri-filiz faydalı qazıntı yataqlarının kəşfiyyatına 3,1% çox vəsait sərf edilib.

DİGƏR XƏBƏRLƏR

Top