Goranboyda güclü külək fəsadlar törədib - FOTO


Goranboyda güclü külək fəsadlar törədib.
Yeniavaz.com
xəbər verir ki, təbiət hadisəsi Goranboyun Aşağı Ballıqaya kəndində dam örtüyünü yerə atıb. Hadisə kənd sakini Mayıl Məmmədova məxsus həyət evində baş verib. Güclü küləyə tab gətirməyən çardaq, mənzilin elektirik naqillərini və elektirik  sayğacını da sındırıb. Ev sahibi güclü külək nəticəsində ona 4 min manata yaxın ziyan dəydiyini bildirir.
Əsən güclü külək həmçinin, Qızılhacılı qəsəbəsində iri gövdəli ağacı yola aşırıb. Avtomobillərin hərəkətində qismən çətinlik yaranıb. Təbiət hadisəsi zamanı qəsəbədə yerləşən orta məktəbin yaxınlığında olan quru ağac da məktəbin həyətinə düşüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Külək nəticəsində Goranboyun Nərimanlı, Bolsulu, Qızılhacılı kəndlərində elektirik enerjisinin verlişində fasilələr yaranıb.


Esmira Hidayətova, Goranboy

DİGƏR XƏBƏRLƏR

Top