Mingəçevir icra başçısı Xocalı sakinləri ilə görüşüb


Mingəçevirdə Xocalı sakinləri ilə görüş keçirilib.
Yeniavaz.com
xəbər verir ki, görüşdə şəhərdə məskunlaşmış Xocalı şəhid ailələri ilə yanaşı təsərrüfat rəhbərləri, ictimaiyyət nümayəndələri də iştirak ediblər. Görüşü giriş sözü ilə açan şəhər İcra Hakimiyyətinin baçısı İlham İsmayılov qeyd edib ki, xalqımızın qan yaddaşına ən ağır faciə kimi yazılan Xocalı soyqırımından artıq 28 il keçir: “Bu faciəyə görə bütün xocalılara başsağlığı verirəm”.
Tədbirdə Mingəçevirdə məskunlaşmış Xocalı nümayəndələrindən döyüşçü Zahir Usubov Xocalı sakinlərindən- Baloğlan Allahyarov,  Süleyman Orucov, şahidi olduqları həmin o gecənin dəhşətlərindən ürəkağrısı ilə danışıblar. Şəhər ictimaiyyəti nümayəndələrindən Qarabağ əlili Nizami Təhməzov, “Mingəçevir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov, çıxış edərək Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar fikirlərini bölüşüblər.
Sonda Xocalıdan olan şəhid ailələrinə, əlillərə  ərzaq bağlamaları verilib.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top