Rusiya Türkiyə ilə münasibətləri korlayacaq daha bir addım atdı

 
Rusiya hökuməti Suriya məsələsi ilə bağlı zirvəyə qatılmayacağını bildirib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya, Almaniya, Fransa və Türkiyənin Suriya məsələsini müzakirə edəcəyi zirvəyə Rusiyanın qatılmayacağı bildirilib. Kreml bu zirvə yerinə İranla başqa bir müzakirəyə hazırlaşdıqlarını bildirib.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan bəhsedilən zirvənin olacağını açıqlayıb. Zirvədə Suriyanın İdlib şəhəri barədə ortaq qərar müzakirə ediləcək.
Xatırladaq ki, hazırda Türkiyə ordusu İdlib şəhərində məskunlaşmış Bəşər Əsədə qarşı çıxan suriyalıları müdafiə edir. Bəşər Əsəd isə həmin şəhəri əldə etməyə çalışır.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top