Tehrandan İstanbula uçan təyyarə koronavirusa görə təcili Ankaraya endi


İranın paytaxtı Tehrandan İstanbula səfər edən sərnişin təyyarəsi koronavirus səbəbilə Türkiyənin paytaxtı Ankarada yerləşən “Esenboğa” Hava Limanına eniş edib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, sözügedən hava limanında fövqəladə vəziyyət elan edilib. Qum şəhərindən gələn 12 sərnişində anormal temperatur müəyyən edilib. Ümumilikdə isə 17 nəfər şübhəli şəxs qismində qiymətləndirilir. Buna görə təyyarədəki bütün sərnişinlər karantinə alınacaq.
Qeyd edək ki, təyyarədə ümumilikdə 132 nəfər olub.
Türkiyənin Səhiyyə naziri hələ ki, ölkədə koronavirusa yoluxma halının qeydə alınmadığını açıqlayıb. Türkiyə havayolu şirkətlərinə İrandan sadəcə türkiyəliləri gətirmə təlimatı verildiyni nəzərə alınaraq, şübhəlilərin Türkiyə vətəndaşı olduqları iddia edilir.

DİGƏR XƏBƏRLƏR

Top