Amerikalı yazıçı 39 il əvvəl "Uhan-400" adlı biloloji silah barədə yazıb - FOTOFAKT


Amerikalı yazıçı Dina Kunçanın 1981-ci ildə yazdığı "Qaranlıq gözlər" ("The Eyes of Darkness") romanında Çinin Uhan şəhərində hazırlanan bioloji silahdan bəhs olunur.
Yeniavaz.com xəbər verir ki, fantastik romanlar müəllifi olan Dina Kunçanın 39 il əvvəl qələmə aldığı bu romanda bioloji silahın adı "Uhan-400" ("Wuhan-400") olaraq qeyd olunub.
Romanda "Uhan-400"ün laboratoriya şəraitində hazırlanan təhlükəli bir virus olduğundan bəhs olunur. 
Koronoviurus, ya da "COVID-19" adlandırılan təhlükəli virusun Çinin Uhan şəhərindən başlayaraq dünyaya yayılması Dina Kunçanın "Qaranlıq gözlər" romanını yenidən gündəmə gətirib. İnsanların bir çoxu belə hesab edir ki, Dina Kunçanın virusa "Uhan-400" adını verməsi təsadüfi ola bilməz.
Lakin, bunun tamamilə təsadüf olduğunu söyləyən insanlar da var. Bildirilir ki, romanda haqqında bəhs olunan "Uhan-400" virusu ilə koronavirus arasında oxşarlıqlar olsa da, fərqli tərəfləri də mövcuddur.
Romanda "Uhan-400" virusunun bioloji silah olduğu və Çinin Uhan şəhərində laboratoriya şəraitində hazırlandığı yazılır. Bu virusun ancaq insan bədənində yaşadığı, digər canlılara keçmədiyi qeyd olunur. "Uhan-400" insan bədənindən kənara düşüdüyü zaman bir dəqiqə içində yox olur və daşıyıcılarının beynini məhv edir.
Koronavirus da "Uhan-400" kimi virusdur və ilk dəfə Çinin Uhan şəhərində müşahidə olunub. Lakin bu virusun laboratoriya şəraitində hazırlandığı barədə heç bir rəsmi açıqlama və sübut yoxdur. Romanda "Uhan-400" virusundan fəqrli olaraq koronavirus insan bədənindən kənarda bir müddət yaşaya bilir.
Roman haqqında danışan mütəxəssislər deyirlər ki, Çinin Uhan şəhəri mikrobiologiya və viruslar sahəsində tədqiqat aparan mərkəzlərinin cəmləşdiyi bir şəhər olub. Ola bilsin ki, amerikalı yazıçı da romanı yazarkən bunu nəzərə alaraq virusu bu cür adlandırıb.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top