SSRİ-nin sonucu marşalı öldü - 20 Yanvar qırğınlarının iştirakçısı olub


Sonucu Sovet İttifaqı marşalı Dmitri Yazov Moskvada 96 yaşında ölüb.
Yeniavaz.com xəbər verir ki, Dmitri Yazov Azərbaycan xalqının yaddaşında 1990-cı il yanvarın 20-də Bakıda baş verən qırğınların səbəbkarlarından biri kimi qalıb. 20 Yanvar hadisələri zamanı SSRİ-nin Müdafiə naziri olan Dmitri Yazov insanlara atəş açılması əmrini verib.
Məlumat üçün bildirək ki, 8 noyabr 1924-ci ildə Omsk vilayətinin Yazovo kəndində anadan olan Dmitri Yazov  2-ci Dünya Müharibəsinin iştirakçısı olub. Müharibədən sonra də hərbi karyerasını davam etdirib. 1987-91-ci illərdə SSRİ-nin Müdafiə naziri olub.

DİGƏR XƏBƏRLƏR

Top