Türkiyədə təyyarənin içində gərgin anlar - Biznesmeni sellofana büküb... - VİDEO


İstanbulda Kamerun vətəndaşı ilə hava limanı işçiləri arasında gərgin anlar yaşanıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul hava limanında xarici biznemen Emmanuel Fossonun vizasının saxta olduğunu iddia edərək deportasiya etməyə çalışıblar. Bunun üçün xidməti işçilər xarici vətəndaşı təyyarənin içərisində sellofana bükməyə çalışıblar. Bu vaxt sərnişin qışqırmağa başlayıb və təyyarədə gərgin anlar yaşanıb. Mövzu ilə bağlı açıqlama verən Türkiyənin Miqrasiya İdarəsi həmin sərnişinin yanvar ayının 21-də saxta sənədlə Türkiyəyə keçməyə cəhd etdiyini, ancaq, icazə verilmədiyini bildirib. Fakta bağlı araşdırma aparılır.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top