Fevralı 24-də “Şagirdlərin Beynəlxalq Coğrafiya Olimpiadasına (iGeo) hazırlığı” layihəsinin bağlanış tədbiri baş tutub.
Yeniavaz.com xəbər verir ki,
AMEA Coğrafiya İnstitutunda baş tutan tədbirdə institutun direktoru, Coğrafiya Cəmiyyətinin prezidenti, dövlət mükafatının sahibi akademik Ramiz Məmmədov, BDU Coğrafiya Fakültəsinin dekanı Şəkər Məmmədova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsləhətçisi Səkinə Ağalarova, layihə rəhbəri Yaşar Seyidəliyev və layihəyə ev sahibliyini edən “Fortis Group” adından “Fortis” akademiyasının direktoru Ramil Hacıyev çıxış edərək layihənin əhəmiyyətindən və coğrafiyanın insan həyatındakı rolundan bəhs ediblər.
Tədbir sonunda layihə müddətincə keçirilmiş 3 imtahanın nəticələrinə görə ilk dörd yeri tutmuş şagirdlərə sertifikatlar, digər şagirdlərə isə iştirakçı sertifikatları təqdim olunub.
Layihəyə dəstək verənlərə təşəkkür edilib və onlara layihəyə dəstəyinə görə sertifikatlar verilib.