KİV: "Ərdoğan və İlham Əliyev koronavirusla bağlı müzakirə aparacaq"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya bir günlük səfəri çərçivəsində prezidentin iqamətgahında İlham Əliyevlə təkbətək və heyətlərin iştirakı ilə görüşləri nəzərdə tutulub.

Bu barədə “Hürriyet” məlumat yayıb.

Görüş zamanı başda Suriya məsələsi və İdlib böhranı olmaqla, ortaq enerji layihələri, Çində ortaya çıxan koronavirusun ticarətə təsirləri müzakirə olunacaq. Liderlərin həmsədrliyi ilə keçiriləcək Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclasında ölkələr arasında ilk dəfə preferensial ticarət haqqında anlaşma imzalanacaq.

Toplantı çərçivəsində imzalanacaq müqavilələrlə Türkiyə və Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcminin 2023-cü ilə qədər 15 milyard dollara çatdırılması nəzərdə tutulur.

Ərdoğanın toplantıda həm türkiyəli, həm də azərbaycanlı iş adamlarına qarşılıqlı investisiyaların artırılması ilə bağlı çağırış edəcəyi gözlənilir. (Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top