Xırdalanda 18 yaşlı gənc bıçaqlandı


Abşeronda bıçaqlanma hadisəsi olub.
Hadisə Xırdalan şəhəri, 20-ci məhəllə adlanan yerdə qeydə alınıb.
Şəhər sakini, 2002-ci il təvəllüdlü  Nuriyev Nurlan Nəsimi oğluna naməlum şəxs tərəfindən 3 bıçaq zərbəsi vurulub.
18 yaşlı oğlan xəstəxanaya çatdırılıb.
Faktla bağlı Abşeron rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.(APA)

DİGƏR XƏBƏRLƏR

Top