Azərbaycanda internetin sürəti Afrika ölkələrindən də zəifdir - HESABAT


“WebsiteToolTester” şirkəti dünya ölkələrinin internet sürətinə görə reytinqini dərc edib.

Yeniavaz.com xəbər verir ki, reytinqdə birinci yeri Tayvan, sonrakı yerlərdə isə Sinqapur, La-Manş boğazında yerləşən Cersi adası, İsveç və Danimarka tutub. Siyahıda ən sonuncu yerdə Yəməndir.

İlk iyirmiliyə Yaponiya, Lüksemburq, Niderland, İsveçrə, Norveç, Andorra, İspaniya, Belçika, ABŞ, Latviya, Yeni Zelandiya, Estoniya, Honkonq, Macarıstan və Litva daxildir.

207 ölkə arasında 141-ci yeri tutan Azərbaycan Zambiya, Qana, Uqanda kimi Afrika ölkələrindən belə internet sürətinə görə geridə qalır. Siyahıda qonşu ölkələrdən Rusiya 54, Gürcüstan 88, Türkiyə 102, Ermənistan 110, Qazaxıstan 113, İran 118-ci pillələri tutub.

Hesabata görə, Azərbaycanda beş giqabaytlıq videonu yükləmək üçün 3 saat 39 dəqiqə 53 saniyə tələb olunur. Reytinqdə ilk pillədə olan Tayvanda bu göstərici 8 dəqiqə 2 saniyədir.

Siyahının tam versiyasına buradan baxa bilərsiniz.

DİGƏR XƏBƏRLƏR

Top