Türkiyədə qəzaya görə "Pegasus"un pilotu həbs edildi


İstanbulun Sabiha Gökçen hava limanında fevralına beşində qəzaya uğrayan təyyarənin pilotu həbs olunub.

Bu barədə NTV telekanalı xəbər yayıb.

Bildirilir ki, məhkəmə prokurorluğun "ehtiyasızlıq səbəbindən bir və ya daha artıq şəxsin ölümünə və xəsarətinə səbəb olduğu" iddiasına görə hava laynerinin kapitanı Mahmud Arslanın həbsi tələbini təmin edib.

Fevralın 5-də İzmirdən İstanbula PC2193 reysini gerçəkləşdirən "Pegasus" aviaşirkətinin təyyarəsi Sabiha Gökçen aeroportunda enərkən enmə zolağının kənarına çıxmış və üç yerə bölünmüşdü. Türkiyə Səhiyyə naziri Fəxrəddin Qocanın verdiyi məlumata görə, hadisədə 3 nəfər ölmüş, 179 nəfər xəsarət almışdı.

//Sputnik

DİGƏR XƏBƏRLƏR

Top