Sərdar Cəlaloğlunun müraciəti əsasında 4 məntəqədə seçkinin nəticələrini ləğv edildi


Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 15 saylı Yasamal Birinci Seçki Dairəsindən  qeydiyyata alınmış namizəd Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Məmmədovun (Cəlaloğlu) müraciətinə baxılıb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, məsələ barədə MSK üzvü İlham Məmmədov məlumat verib.
İ. Məmmədov bildirib ki, MSK-nın apardığı araşdırma zamanı 10, 19, 28 və 29  saylı seçki məntəqələrində seçkinin nəticələrinin seçicilərin iradəsini ifadə etmədiyi üzə çıxıb. 
MSK müraciəti qismən təmin edilib və 15 saylı Yasamal Birinci Seçki Dairəsi üzrə  10, 19, 28 və 29  saylı seçki məntəqələrində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edib.
MSK-da həmçinin, 64 saylı Sabirabad İkinci  Seçki Dairəsindən qeydiyyata alınmış namizəd Dilşad Əhədovanın müraciətinə baxılıb. Aparılan araşdırma zamanı 1 saylı seçki məntəqəsində seçkinin nəticələrinin seçicilərin iradəsini ifadə etmədiyi üzə çıxıb. MSK 64 saylı Sabirabad İkinci Seçki Dairəsi üzrə 1 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edib.

DİGƏR XƏBƏRLƏR

Top