ABŞ-ın Hyuston əyalətində sakinlər Xocalı soyqrımı haqqında məlumatlandırılıb - FOTOLAR


Bir qrup azərbaycanlı ABŞ-ın Hyuston əyalətinə toplaşaraq, buranın sakinlərini Xocalı soyqrımı haqqında məlumatlandırıblar.
Yeniavaz.com
xəbər verir ki, bu bardə “Azerbaijanian American Cultural Alliance” (Azərbaycan-ABŞ Mədəniyyət İttifaqı) öz feyzbuk səhifəsində məlumat verib. Bildirilib ki, 28 il öncə ermənilər tərəfindən törədilən soyqrım zamanı 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı olmaqla ümumilikdə 613 nəfər öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideyinini, 130 uşaq isə valideyinlərindən hər hansı birini itirib. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə 1275 nəfər əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil.



DİGƏR XƏBƏRLƏR

Top