Ermənistan Konstitusiya Məhkəməsinin rəhbəri Paşinyanı məhkəməyə verir

Ermənistan Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyan, ölkənin Baş naziri Nikol Paşinyana qarşı iddia qaldıraraq, üzr istəməsini və böhtan xarakterli ifadələrin təkzib edilməsini tələb edib.
Yeniavaz.com
"TASS"-a istinadla xəbər verir ki, b
u barədə bazar ertəsi Respublika Məhkəmə İdarəsinin rəsmi saytında yayımlanan mesajda deyilir: 
"Məhkəmə Nikol Paşinyanın təhqiramiz ifadələrə görə üzr istəməsini, habelə əvvəllər böhtan xarakterli açıqlamalarını təkzib etməsini tələb edir".

Bundan əvvəl Paşinyan Tovmasyanı dəfələrlə sərt şəkildə tənqid edərək, onu "əvvəlki rejimin müdafiəçisi" və "korrupsiya sisteminin sədri" adlandırmışdı.

DİGƏR XƏBƏRLƏR

Top