MSK Nizami Cəfərovun lider olduğu dairədə bir məntəqənin nəticəsini LƏĞV ETDİ


Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 108  saylı Ağstafa Seçki Dairəsi ilə bağlı qeydiyyata alınmış Müsavat Partiyasının namizədi Başxanım Abbasovanın müraciətinə baxılıb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, məsələ barədə MSK üzvü Validə Kazımova məlumat verib.
Validə Kazımova bildirib ki, B. Abbasova müxtəlif qanun pozuntularına yol verildiyini iddia edərək seçki dairəsində seçkinin nəticələrinin ləğvini xahiş edib.
MSK-nın apardığı araşdırma zamanı isə yalnız 26 saylı seçki məntəqəsində seçkinin nəticələri seçicilərin iradəsini əks etdirmədiyi məlum olub.
MSK müraciəti qismən təmin edib  və 108  saylı Ağstafa Seçki Dairəsi üzrə 26 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul olunub.
Qeyd edək ki, bu dairədə lider namizəd Nizami Cəfərovdur.

DİGƏR XƏBƏRLƏR

Top