MSK daha 4 məntəqənin nəticələrini etibarsız saydı - YENİLƏNİB - 2

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 94 saylı Bərdə kənd seçki dairəsindən namizəd Dadaş Əhmədlinin və 71 saylı Masallı kənd seçki dairəsindən namizəd Rüfət Əliyevin müraciətinə baxılıb.

Yeniavaz.com “Report”a istinadla xəbər verir ki, bu barədə MSK-dan məlumat verilib.

Bildirilib ki, Dadaş Əhmədli müraciətində səsvermə günü qanun pozuntularının olduğunu qeyd edib: “Müraciətlə əlaqədar hərtərəfli araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı həmçinin sosial şəbəkələrdəki görüntülərə də baxılıb. Yalnız 1 seçki məntəqəsində pozuntu halları aşkar edilib”.

İclasda daha sonra həmin dairənin 1 seçki (1 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

Rüfət Əliyev də müraciətində səsvermə günü qanun pozuntularının olduğunu qeyd edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı yalnız 1 seçki məntəqəsində pozuntu halları aşkar edilib. Belə ki, həmin dairənin 33 saylı məntəqəsində seçicilərin iradəsini əks etdirməyən pozuntular müəyyən olunub”.

İclasda daha sonra həmin dairənin 1 seçki (33 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.
 

***       17:41

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 63 saylı Sabirabad birinci seçki dairəsindən namizəd Qiyas Sadıqovun müraciətinə baxılıb.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü Qabil Orucov məlumat verib.
Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu qeyd edib:
“Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı yalnız 1 seçki məntəqəsində pozuntu halları aşkar edilib”.
İclasda daha sonra həmin dairənin 1 seçki (28 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

***      17:35
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsi ilə bağlı qeydiyyata alınmış namizəd  Mütəllim Rəhimovun müraciətinə baxılıb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, məsələ barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib.
R. İbrahimov bildirib ki, MSK-nın apardığı araşdırma zamanı bu dairədə 21 saylı seçki məntəqəsində seçkinin nəticələrinin seçicilərin iradəsini əks etdirmədiyi üzə çıxıb.
MSK şikayəti qismən təmin edib və 106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsinin 21 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, Mütəllim Rəhimli Ədalət Partiyasının sədr müavinidir.
106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsində lider namizəd Ülviyyə Ağayevadır.

DİGƏR XƏBƏRLƏR

Top