Çində koronavirusa qarşı effektiv dərman vasitəsi hazırlanıb


Çinin Rusiyadakı səfiri Zanq Hanbui Çində koronavirusa qarşı effektiv dərman vasitəsinin hazırlandığını açıqlayıb.
Yeniavaz.com "İnterfax.ru"ya istinadla xəbər verir ki, səfir, koronavirusa qarşı peyvənd hazırladıqlarını, ancaq əvvəlcə dərman vasitəsinin sınaqdan keçiriləcəyini bildirib: “Təcrübə göstərir ki, Çin dərmanları effektiv işləyir. Hələ ki, dərmanın istifadəsində neqativ hala rast gəlinməyib. Çin dərmanlarının ümumi effektivliyi 85% -dən, bəzi bölgələrdə 90% -dən çoxdur”.
Bundan əlavə, Zanq Hanbui koronavirusun süni mənşəli olması təklifini rədd edib: “Bəlkə də vəhşi heyvanlardan yoluxan SARS virusu kimi bir virusdur”.

DİGƏR XƏBƏRLƏR

Top