Prezident iki nəfəri "Vətənə xidmətə görə" ordeni ilə təltif etdi


İsrafil Mirzəhməd oğlu Qurbanov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 

Yeniavaz.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.  

İ.Qurbanov Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasında mülki aviasiya sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Sabir Gülmirzə oğlu İlyasov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

DİGƏR XƏBƏRLƏR

Top