Amerikaya köçən keçmiş “Dəyirman”çı məşhur şirkətə işə düzəldi


2017-ci ilin mayında “Green Card” udub, bir il sonra isə ailəsi ilə birgə Amerikaya köçən “Dəyirman” qrupunun keçmiş üzvü, “L-Mir” ləqəbi ilə tanınan repçi Elmir Məhərrəmov media şirkətinə işə düzəlib.
Yeniavaz.com oxu.az-a istinadən xəbər verir ki, “Mass Appeal” adlı məşhur media şirkətində çalışan Elmir bu barədə şosial media hesabında məlumat verib.
“3 aydır Amerikanın böyük şirkətlərindən birində çalışıram. Artıq bir vəzifə dəyişmişəm. Ötən gün şirkətin ən yaxşı işçisi sertifikatı ilə təltif olunmuşam. Bu özümə tərif deyil, başqaları üçün motivasiya fikridir. Nyu-Yorkda heç kim məni tanımır və burada arxam yoxdur. Özünüzə inanın və Allaha güvənin! Qarşınıza məqsəd qoyun və hər gün bu məqsədə doğru kiçik bir addımlar atın. Hər şey mütləq alınacaq! Ürəyinizi buz kimi saxlayıb!”, - deyə keçmiş repçi yazıb.

DİGƏR XƏBƏRLƏR

Top