Mingəçevirdə “Xocalıya könüllü gedək” adlı seminar keçirilib


Mingəçevir şəhər  “Gənclər Evi”-də Xocalı faciəsinin 28-ci ildönümünə həsr edilmiş “ Asan xidmət” mərkəzinin təşkilatçılığı ilə “Xocalıya könüllü gedək”adlı seminar keçirilib.
Yeniavaz.com xəbər verir ki, tədbirə Mingəçevir Dövlət Universitetinin(MDU) rektoru Şahin Bayramov, Mingçevir Gənclər və İdman idarəsinin rəisi Kamal Nəcəfli, Mingəçevir “Gənclər Evi”-nin direktoru Tural Kərimov, Mingəçevirdə məskunlaşmış Xocalı sakinləri və gənclər də qatılıb. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və Xocalı faciəsi qurbanlarının və ümumiyyətlə, bu günə qədər Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra başlayıb. Əvvəlcə 26 fevral Xocalı faciəsi haqqında videorolik nümayiş olunub. Daha sonra Mingəçevir regional “Asan xidmət” mərkəzinin direktoru müavini Elşən Əliyev mənfur ermənilərin bütün bəşəriyyət üçün təhlükəli işğalçılıq siyasəti apardıqlarından danışıb. Bildirib ki, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondunun rolundan bəhs edib. Bildirilib ki, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində bu qanlı faciə ilə bağlı həqiqətlər dünya ictimaiyyətinə çatdırılır. 
Esmira Hidayətova,Mingəçevir.
 

DİGƏR XƏBƏRLƏR

Top