​Rusiya qırıcıları İdlibi vurdu


Rusiya qırıcı təyyarələri Suriyanın İdlib şəhərini bombalayıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Rusiyanın qırıcı təyyarələri İdlibdə 18 nöqtəni bombalayıb. Səhər saatlarında başlayan bombardıman Kəfrənbil, Kən, Səfra, İhsəm şəhərlərini bombalayıb. Hücum nəticəsində 5 nəfərin öldürüldüyü bildirilib. Qeyd edək ki, İdlib şəhəri Bəşər Əsəd rejiminin ən çox hədəf aldığı şəhərlərdən biridir. 
Ruslan Yusibov
 

DİGƏR XƏBƏRLƏR

Top