​Azərbaycanlılar ABŞ-da Xocalı soyqırımı ilə bağlı tədbir keçirdi - FOTOLAR


ABŞ-ın Hyuston şəhərində Xocalı soyqırımı barədə məlumat verilib.
Yeniavaz.com xəbər verir ki, azərbaycanlılar ABŞ-ın Hyuston şəhərində Xocalı soyqırımı ilə bağlı tədbir keçiriblər. Tədbir çərçivəsində şəhər sakinlərinə Xocalı soyqırımı barədə ətraflı məlumatlar verilib.
Xatırladaq ki, 1992-ci ilin fevral ayının 26-da ermənilər tərəfindən Xocalıda soyqırım törədilib. Xocalı soyqırımı zamanı 613 nəfər dünyasını dəyişib. Öldürülənlərdən 63-ü uşaq, 70-i qoca, 106-sı isə qadındır. Qətliam nəticəsində 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 1275 nəfər əsir götürülüb, onlardan 150-sinin taleyi barədə heç bir xəbər yoxdur.



Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top