Şimali Koreyadan koronavirusla bağlı SƏRT QƏRAR - Aralarında diplomatların da olduğu 380 nəfər...

 
Şimali Koreya hökuməti koronavirusla bağlı sərt addım atıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Şimali Koreya bir aydan çoxdur ki, xarici ölkə vətəndaşlarını karantində saxlayır. Aralarında diplomatların da olduğu 380 nəfər 30 gündür ki, qaldıqları yerdən çıxmır. Bugünlərdə karantin vaxtının başa çatmasına baxmayaraq Şimali Koreya rəsmiləri xarici ölkə vətəndaşlarına tətbiq etdikləri karantin müddətini uzadıblar. Yeni karantin vaxtının nə qədər artdığı barədə isə məlumat verilməyib. Şimali Koreyada bu vaxta qədər 7 nəfər koronavirus səbəbilə dünyasını dəyişib, 763 nəfər isə həmin virusa yoluxub. Məlumat üçün deyək ki, Şimali Koreyada 11 hərbçinin koronavirusa yoluxmasından sonra 7 min əsgər karantinə alınmışdı. Qeyd edək ki, Çinin Uhan şəhərindən yayılmağa başlayan koronavirus dünyanın 29 ölkəsinə yayılıb. Avropa ölkələri arasında ən çox İtaliyada, 152 nəfərdə koronavirus aşkarlanıb. Həmin ölkədə ən az 3 nəfər isə məlum virus səbəbilə dünyasını dəyişib. İranda isə 43 nəfərin koronavirusa yoluxduğu bildirilir. 8 nəfər isə həmin xəstəlik səbəbilə dünyasını dəyişib. Türkiyə, İraq, Pakistan və Ermənistan İranla sərhəddi bağlayıb.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top