“Qalatasaray” 21 ildən sonra səfərdə “Fənərbağça”ya qalib gəlib


Türkiyə Super Liqasında XXIII tur davam edir.

Bu gün turun daha üç qarşılaşması keçirilib. 

Bütün diqqətlər İstanbul derbisinə yönəlib. “Qalatasaray”ı qəbul edən “Fənərbağça” ilk yarının ortalarında penaltidən hesabı açıb. Son çempion fasilə ərəfəsində tarazlığı bərpa edib. Hakimin final fitinə 10 dəqiqə qalmış Radamel Falkao penaltini dəqiq yerinə yetirməklə, “sarı-qırmızılar”ı hesabda önə çıxarıb. Qarşılaşmada son nöqtəni onun komanda yoldaşı Anri Onyekuri qoyub – 3:1. Bu qələbə “Qalatasaray”a liderliyə şərik olmaq imkanı verib. “Cim-Bom” həm də “Fənərbağça” ilə səfər matçlarındakı 21 illik qələbə həsrətinə son qoyub. Həmin vaxt – 1999-cu il dekabrın 22-də “Qalatasaray” 2:1 hesabı ilə qalib gəlib.

Digər iki qarşılaşmada turnir cədvəlinin ikinci yarısında qərarlaşan komandalar üz-üzə gəliblər. “Ankaragücü”nü bir qolla məğlub edən “Gənclərbirliyi” təhlükəli zonadan uzaqlaşıb.

“Antalyaspor” isə “Yeni Malatyaspor”un qonağı olub. Meydan sahibləri Antalya təmsilçisi qarşısında məğlubiyyətlə üzləşib.

Qeyd edək ki, tura fevralın 24-də yekun vurulacaq.

Türkiyə Super Liqası
XXIII tur
23 fevral
“Gənclərbirliyi” – “Ankaragücü” – 1:0

Sio, 74
“Yeni Malatyaspor” – “Antalyaspor” – 1:2
Bulut, 29 – Kulembe, 8, Podolski, 89
“Fənərbağça” – “Qalatasaray” – 1:3
Kruze, 21 (pen.) – Donk, 40, Falkao, 80 (pen.), Onyekuri, 90+5

1.

Trabzonspor

22 

13 

3

49:23 

45 

2.

Qalatasaray

23

13

6

4

38:18

45

3.

Sivasspor

23

13

6

4

42:26

45

4.

Başakşəhər

22

12

7

3

41:22

43

5.

Alanyaspor

23

11

6

6

41:22

39

6.

Fənərbağça

23

11

5

7

42:28

38

7.

Beşiktaş

23

11

4

8

36:30

37

8.

Göztəpə

22

9

7

6

29:24

34

9.

Qaziantep

23

8

7

8

34:36

31

10.

Gənclərbirliyi

23

7

6

10

32:39

27

11.

Antalyaspor

23

6

7

10

25:40

25

12.

Y.Malatyaspor

22

6

6

10

35:32

24

13.

Dənizlispor

22

6

6

10

21:30

24

14.

Rizəspor

21

7

3

11

21:32

24

15.

Konyaspor

23

4

9

10

19:32

21

16.

Ankaragücü

23

4

8

11

20:39

20

17.

Kasımpaşa

22

4

4

14

29:49

16

18.

Kayserispor

23

3

7

13

24:56

16

ApaSport

DİGƏR XƏBƏRLƏR

Top