Türkiyə koronavirusa görə İran və Naxçıvanla sərhədi bağladı


Türkiyə İranda koronavirusa yoluxma hadisəsinin atmasından sonra təhlükəsizlik tədbirləri baxımından bu ölkə və Naxçıvanla sərhədlərini bağlayıb.
Yeniavaz.com report-a istinadən xəbər verir ki, ölkənin İranla sərhədindəki iki nəzarət-buraxılış məntəqəsi və Naxçıvan-Dilucu sərhəd qapısını keçid üçün bağlanılıb. Bildirilir ki, tədbir Novruz bayramı ərəfəsində İrandan Türkiyənin Van vilayətinə turist axını fonunda görülüb.
Qeyd edək ki, İranda koronavirusa yoluxanların sayı 43 nəfərə çatıb. Rəsmi məlumata görə, ölkədə 8 nəfər virusun qurbanı olub.

DİGƏR XƏBƏRLƏR

Top