
Astara Gömrük Postundan İrana keçid dayandırılıb.
Yeniavaz.com xəbər verir ki, Cənub Ərazi Baş Gömrük İdarəsindən report-un Cənub bürosuna verilən məlumata görə, bu, müvəqqəti və profilaktik xarakterlidir.
Bildirilir ki, gömrük postunda təxminən 1 saat müddətində havalandırma və dezinfeksiya işləri aparılır. Proses gündə bir dəfə həyata keçiriləcək.