Koronavirusdan ölənlərin sayı durmadan artır - Ən son MƏLUMAT


Dünyada koronavirusdan ölənlərin sayı artıq 2 min 462 nəfərə çatıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, virusa yoluxanların sayı 78 min 773 nəfəri ötsə də, 23 min  256 nəfər virusdan tamamilə sağalaraq evlərinə göndərilib.
Koronavirusdan ölənlərin böyük əksəriyyəti - 2 min 242 nəfəri Çində dünyasını dəyişib.
Çindən sonra ən çox ölüm qonşu İranda qeydə alınıb - 6 nəfər. Qeyri-rəsmi məlumatlara görə İranda virusdan ölənlərin sayı daha çoxdur. Rəsmi məlumatlara görə İranda virusa yoluxanlaın sayı 29 nəfər olub.
 

DİGƏR XƏBƏRLƏR

Top