İranla sərhəddə baş vermiş zəlzələ zamanı Türkiyədə xəsarət alanların sayı 50 nəfərə çatıb.
Bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
"Van vilayətində zəlzələ zamanı xəsarət alan 50 nəfərin hamısına zəruri tibbi yardım göstərilib. Vəziyyəti cərrahi müdaxilə tələb edən xəstələrin hamısı əməliyyat olunub. Hazırda iki yaralı reanimasiyadadır", - nazir bildirib.
Qeyd edək ki, zəlzələ zamanı 9 nəfər ölüb.//Report
13.02
Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən zəlzələ nəticəsində Türkiyənin Van rayonunda 7 nəfər ölüb, 5 nəfər yaralanıb.
Türkiyə Daxili İşlər naziri Süleyman Soyolu Vanın Başqala qəsəbəsinə bağlı Özpınar kəndində 6 nəfər, Güvənlik kəndində 1 nəfərin dağıntılar altında qalaraq öldüyünü bildirib.
Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu dağıntılar altında qalanların olduğunu bildirib. APA