Goranboyda iribuynuzlu heyvanlar oğurlanıb


Ucqar kənddə otlaq sahəsində otlayan, həyətdə bəslənən iribuynuzlu heyvanlar oğurlanıb. Hadisə Goranboyun Meşəli kəndində baş verib. Həmin yaşayış məntəqəsində məskunalaşan 10-a yaxın Kəlbəcərdən olan məcburi köçkünün 40-dan artıq mal-qarası oğurlanıb. Ötən ilin avqust –sentyabr aylarında sakinlər kimisi həyətində, kimisi də otlaqdan heyvanların yoxa çıxdığının şahidi olublar. Kəlbəcər sakinlərinin sözlərinə görə, oğrular iribuynuzluların sağlam, südlük, ətlik istiqamətli olanlarını seçib aparıblar.
Meşəli kəndində yaşayan Mürşüd Zeynalov isə 2 dəfə qarət edilib. Kəlbəcər sakini oğurlanan 6 baş heyvanı tapmamış, 8 baş mal-qarası da oğurlanıb.
Sakinlər tezliklə mal-qaranın tapılmasını, cinayətkarların cəzalanmasını arzulayırlar.
Esmira Hidayətova, Goranboy.
 

DİGƏR XƏBƏRLƏR

Top