Tərtərdə mərmi aşkar olunub - FOTO


Tərtər rayonu, Həsənqaya kəndi ərazisində mərmi tapılıb.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən Yeniavaz.com-a verilən xəbərə görə, bu barədə məlumat agentliyə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən daxil olub.
Məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu həmin əraziyə göndərilib və adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
 
Minaatan mərmisinin ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

 

DİGƏR XƏBƏRLƏR

Top