MSK Ləman Ələşrəfqızının şikayətinə nə vaxt baxacaq?


Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında jurnalist Ləman Ələşrəfqızının müraciəti müzakirəyə çıxarılıb.
Yeniavaz.com modern.az-a istinadən xəbər verir ki, deputatlığa namizəd İsmayılova Ləman Ələşrəf qızının müraciəti haqqında MSK katibi Arifə Muxtarova məlumat verib.
MSK katibi bildirib ki, 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən qeydə alınmış namizəd dairə üzrə seçkilərin nəticələrinin ləğvini tələb edib.
A.Muxtarova jurnalistin əvvəlcədən etdiyi şikayətinin araşdırıldığını, əlavə təqdim etdiyi protokolların sonradan araşdırıla biləcəyini qeyd etdi.
MSK-nın ekspert qrupunun rəyi ilə Ləman Ələşrəfqızının müraciətinə baxılması sonrakı iclaslara saxlanıldı.
Qeyd edək ki, həmin dairədən lider namizəd Aqiyə Naxçıvanlıdır.

DİGƏR XƏBƏRLƏR

Top