Beynəlxalq qrossmeyster Rauf Məmmədovun anasına da “YOX” deyildi


Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında parlament seçkiləri ilə əlaqədar 66 saylı Biləsuvar Seçki Dairəsindən daxil olan müraciətə baxılıb. 
Yeniavaz.com oxu.az-a istinadən xəbər verir ki, iclasda MSK üzvü Tofiq Həsənov bildirib ki, müraciəti namizəd Lətifə Əliyeva ünvanlayıb. 
Müraciətdə həmin dairədə seçkilərin saxtalaşdırılması iddia olunub. 
T.Həsənov qeyd edib ki, araşdırma nəticəsində şikayətdə göstərilənlər öz təsdiqini tapmayıb. 
MSK qərara alıb ki, namizədin müraciəti təmin edilməsin. 
Xatırladaq ki, L.Əliyeva beynəlxalq qrossmeyster Rauf Məmmədovun anasıdır. 
Qeyd edək ki, həmin dairənin lider namizədi Bəhruz Məhərrəmovdur. 

DİGƏR XƏBƏRLƏR

Top