Azərbaycanın nəşi tapılan hərbçisi ilə vida mərasimi keçirilir - FOTOLAR


Ağcabədi rayonunda Azərbaycan Ordusunun düşmənlə təmas xəttinin neytral ərazisindən nəşi tapılan hərbçisi Akif Abbasovla vida mərasimi başlayıb. 
Yeniavaz.com "report"a istinadla xəbər verir ki, onu nəşi rayon mərkəzində böyük izdihamla qarşılanaraq doğulub boya-başa çatdığı evinə gətirilib.
A.Abbasov Ağcabədi rayonundakı Şəhidlər xiyabanında dəfn ediləcək.
Qeyd edək ki, Akif Elşən oğlu Abbasov bu ilin yanvar ayında itkin düşmüşdü. Fevralın 19-da Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə tərəflərin müraciəti və razılaşması ilə Azərbaycan-Ermənistan sərhədində həlak olan şəxsin nəşinin ərazidən götürülməsi əməliyyatı keçirilib.



DİGƏR XƏBƏRLƏR

Top