Azərbaycanda maşın dərəyə aşdı: Ata və iki yaşlı oğlu öldü - YENİLƏNİB

Lerikdə baş verən avtomobil qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub. 

Report-un məlumatına görə, Orand-Lerik yolunda qeydə alınan hadisə nəticəsində 1988-ci il təvəllüdlü Xəqani Orucəli oğlu Rəhimov və onun iki yaşlı oğlu Hüseyn Xəqani oğlu Rəhimzadə ölüb. 

Xəsarət alanlar isə bunlardır. Elnarə Hacıbaba qızı Rəhimli (1993-ci il təvəllüdlü, ölən uşağın anası), Zəhra Xəqani qızı Rəhimli (2012-ci il), Nigar Xəqani qızı Rəhimli (2016-cıı il təvəllüdlü) və Hüseynəli Faiq oğlu Rəhimli (2017- ci il təvəllüdlü).

Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.  

Qəzada travma alan 1989-cu il təvəllüdlü Mail Musa oğlu Rüstəmov isə Lerik Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qeyd edək ki, sürücü Mail Musa oğlu Rüstəmovun idarə etdiyi “UAZ” markalı avtomobilin yoldan çıxaraq dərəyə aşması nəticəsində iki nəfər ölüb, beş nəfər xəsarət alıb. Ölənlər və xəsarət alan 3 nəfər bir ailənin üzvləridir və Zuvand kənd sakinləridir.

***13:25

Lerik rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Report-un məlumatına görə, hadisə Orand kəndi ərazisində çətin keçilən dağ yolunda qeydə alınıb. 

Belə ki, UAZ markalı avtomobil dərəyə aşıb. Nəticədə bir azyaşlı uşaq hadisə yerində ölüb.

Yaralılardan biri Lerik Rayon Mərkəzi Xəstəxanasına, digəri isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Lənkərana aparılan yaralı yolda ölüb. Qəza zamanı avtomobildə bir ailənin 6 üzvü olub. 

İlkin məlumata görə, hadisəyə ərazidəki qalın qar və buz örtüyü səbəb olub.

Faktla bağlı araşdırma aparılır. 

DİGƏR XƏBƏRLƏR

Top